ABİTURYENT HAZIRLIĞI
- Abituriyent kursları (IX,X,XI sinif şagirdləri və məzunlar üçün)
Dərslər həftədə 3 gün, 6-12 nəfərlik qrup şəkildə tədris olunur. Dərslər Tələbə Qəbulu Komissiyasının proqramı əsasında keçilir. Sentyabr ayının əvvəlində keçirilən Səviyyə Ölçmə Sınağında dinləyicilərin göstərdiyi müvəffəqiyyət göstəricisinə görə siniflər formalaşdırılır ki, bu da tədris prosesini daha səmərəli və keyfiyyətli edir.
Hazırlıq mərkəzində təhsil alan dinləyicilərə tədris ili ərzində hər həftə keçdiyi bütün fənlərdən mövzu testləri, ayda bir dəfə isə sınaq imtahanları da təşkil olunur. Bundan əlavə 11-ci sinif dinləyicilərinə ali məktəblərə qəbul imtahanına bir ay qalmış bir gün sınaq bir gün dərs metodikası tətbiq olunur. Nəticədə hərə bir dinləyici il ərzində 15 sınaq imtahanında iştirak etmiş olur. Bütün bunlar dinləyicilərin biliyini qiymətləndirməyə və qəbul imtahanına dah yaxşı hazır olmasına səbəb olur.
Hazırlıq mərkəzində yüksək təcrübəyə malik, peşəkar müəllim kollektivi var.
XƏMSƏ TƏDRİS MƏRKƏZİNDƏ güzəştli və sərfəli şərtlərlə hazırlaşmaq mümkündür. Mərkəzimizin təşkil etdiyi qəbul imtahanında və bilik yarışlarında öz sinfi və ixtisas qrupunda ən yüksək nəticə göstərən şagirdlərə illik təhsil haqqında 10%-dən 100%-dək güzəşt tətbiq olunur.